CƏMİYYƏT Azərbaycan Polisi 108 yaşını qeyd edir 2-07-2026, 03:02 Ekologiya AMP Bu gün Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümü qeyd olunur.Ekologiya.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 2-də qəbul etdiyi qərarla ölkədə polis orqanlarının əsası qoyulub. Həmin tarixdən etibarən polis xidməti dövlətçiliyin və hüquq-mühafizə sisteminin əsas sütunlarından birinə çevrilib.Azərbaycan polisi asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də ölkədə təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərir.Müstəqillik dövründə polis orqanlarının maddi-texniki bazası gücləndirilib, kadr hazırlığı təkmilləşdirilib və xidmət müasir tələblərə uyğun inkişaf etdirilib.Qeyd edək ki, hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu münasibətlə daxili işlər orqanlarının əməkdaşları və veteranları peşə bayramlarını qeyd edirlər. Paylaş: Tam mətni oxu →