Tam versiya
Ana səhifə CƏMİYYƏT Kəmaləddin Heydərov general-mayor Əşrəf Qasımov vəzifədən azad etdi- hərbi eksperti onun yerinə gətirdi
CƏMİYYƏT

Kəmaləddin Heydərov general-mayor Əşrəf Qasımov vəzifədən azad etdi- hərbi eksperti onun yerinə gətirdi


Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb./manset.az

Paylaş:
Tam mətni oxu →