Tam versiya
Ana səhifə CƏMİYYƏT Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
CƏMİYYƏT

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib


İyul ayının 16-da Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzülmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi, eləcə də Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən iqtisadi, sosial və humanitar layihələrin ölkənin davamlı inkişaf strategiyasının reallaşdırılmasında mühüm rol oynadığını, cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunduğunu vurğulamışdır. 

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar, paytaxtın prokurorluq orqanlarının da bu mühüm tədbirlərdə yaxından iştirak etməsi, 14 may 2026-cı il tarixdə Xətai rayon prokurorluğunda, 5 iyun 2026-cı il tarixdə Yasamal rayon prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə “Açıq Qapı” günlərinin keçirildiyi və  bu mövzuda tədbirlərin davam etdiriləcəyi qeyd olunmuşdur. 

Əməliyyat müşavirəsində Azərbaycan Respublikasının Baş prokurorunun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.


Paylaş:
Tam mətni oxu →