Tam versiya
Ana səhifə CƏMİYYƏT Qanunsuz ov edən əcnəbilər saxlanıldı
CƏMİYYƏT

Qanunsuz ov edən əcnəbilər saxlanıldı


Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıb.
Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.
Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Paylaş:
Tam mətni oxu →