Tam versiya
Ana səhifə CƏMİYYƏT "Laza" hotelində söküntü: FHN səlahiyyətimiz deyil dedi, araşdırmanı Abşeron RİH aparır
CƏMİYYƏT

"Laza" hotelində söküntü: FHN səlahiyyətimiz deyil dedi, araşdırmanı Abşeron RİH aparır


Abşeron rayonunun Masazır qəsəbəsində "Laza" hotelində söküntü: FHN səlahiyyətimiz deyil dedi, araşdırmanı Abşeron RİH aparır. 

Məsələni dəqiqləşdirmək məqsədilə Ekologiya.az tərəfindən Fövqəladə Hallar Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, söküntü və dağıntı işləri ilə bağlı məsələlər nazirliyin səlahiyyətlərinə aid deyil. Qurumdan qeyd olunub ki, bu istiqamətdə hər hansı nəzarət və ya icazə proseduru FHN tərəfindən həyata keçirilmir.

Abşeron Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılır. Qurumdan qeyd edilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi isə cavabında bildirib ki, sözügedən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunması məqsədəuyğundur.

Komitədən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən, müvafiq ərazidə aparılan işlərlə bağlı məsələlər yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Beləliklə, söküntü işlərinin hüquqi əsasları və məqsədi ilə bağlı məsələ hazırda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılır. Qurumun araşdırmasının nəticəsi açıqlandıqdan sonra məsələyə dair əlavə məlumat veriləcək. 

Aysel Elnur

Paylaş:
Tam mətni oxu →