"TVM" İnşaaat şrkəti ilə bağlı yayılan iddialara cavab: "Ekoloji problemlə bağlı deyilənlər həqiqəti əks etdirmir"
Son günlər sosial şəbəkələrdə şirkətin fəaliyyəti ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
"TVM" İnşaaat şirkətin icraçı nümayəndəsi Kənan Əliyev Ekologiya.az-a bildirib ki, ərazidə guya ekoloji problemlərin yaradılması, torpağın qanunsuz daşınması və işçilərin əmək müqaviləsi olmadan çalışdırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır.
Onun sözlərinə görə, ərazidə həyata keçirilən bütün işlər qanunvericiliyin tələblərinə uyğun şəkildə və aidiyyəti dövlət qurumlarının nəzarəti altında icra olunur.
"Ərazidə yalnız yeni layihələrin həyata keçirilməsi məqsədilə sahənin hazırlanması və hamarlama işləri aparılır. Görülən işlər ətraf mühitə hər hansı mənfi təsir göstərmir. Fəaliyyətimiz mütəmadi olaraq müvafiq regional qurumlar tərəfindən nəzarətdə saxlanılır", – deyə Kənan Əliyev bildirib.
Şirkət nümayəndəsi əlavə edib ki, müəssisədə çalışan bütün işçilərlə əmək müqaviləsi bağlanıb və onların əmək hüquqları tam təmin olunur.
O vurğulayıb ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir və ictimaiyyətin yalnız rəsmi mənbələrə istinad etməsi daha məqsədəuyğundur.