Tam versiya
Ana səhifə CƏMİYYƏT Rəşad İsmayılov Şəmkirdə vətəndaşları qəbul edib-FOTO
CƏMİYYƏT

Rəşad İsmayılov Şəmkirdə vətəndaşları qəbul edib-FOTO


Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Daşkəsən, Samux və Göygöl rayonlarından olan sakinləri qəbul edib.

Ekologiya.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammal, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.


Paylaş:
Tam mətni oxu →