Tam versiya
Ana səhifə CƏMİYYƏT Ekspert: İşğaldan azad olunmuş ərazilərə səyahətlər daha da intensivləşib
CƏMİYYƏT

Ekspert: İşğaldan azad olunmuş ərazilərə səyahətlər daha da intensivləşib


Son günlər havaların yenidən istiləşməsi yay mövsümünün davam etdiyini göstərir. İsti hava şəraiti insanların istirahətə və səyahətə marağını artırır, xüsusilə dənizkənarı bölgələrə, dağlıq ərazilərə və turizm məkanlarına üz tutanların sayında artım müşahidə olunur. Əlverişli hava şəraiti daxili turizmin canlanmasına, hotellərin doluluq səviyyəsinin yüksəlməsinə və turizm sektorunda iqtisadi aktivliyin artmasına müsbət təsir göstərə bilər. 

Bununla bağlı turizm eksperti Rəhman Quliyev Ekologiya.az-a açıqlamasında bildirib ki, artıq yay tətili mövsümünün ən aktiv dövründəyik:


“Azərbaycanda kütləvi məzuniyyətlər başlayıb. Bu isə həm ölkə xaricinə, həm də regionlara səfərlərin sayının artmasına səbəb olub. Bu il əvvəlki illərlə müqayisədə bölgələrimizə, xüsusilə də işğaldan azad olunmuş ərazilərə səfər edən turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. İndiyədək havaların nisbətən sərin keçməsi bölgələrə marağın müəyyən qədər azalmasına təsir göstərirdi. Çünki bir çox rayonlarda yağıntının miqdarı normadan artıq idi, eyni zamanda küləkli hava şəraiti hökm sürürdü”. 


Ekspert deyib ki, əlverişsiz hava şəraiti təbii olaraq turistlərin səyahət planlarına təsir edir və turizm istiqamətlərində müəyyən dəyişikliklər yaradır:

“Lakin hazırda hava şəraitində müsbət dəyişikliklər müşahidə olunur. Temperaturun yüksəlməsi daxili turizmdə xüsusi canlanma yaradıb. Xüsusilə də işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərlər daha da intensivləşib. Bu baxımdan hesab edirəm ki, yaxın günlərdə Azərbaycanın bölgələrinə, xüsusən də həmin ərazilərə turist axını daha da artacaq və daxili turizm əvvəlki dövrlərlə müqayisədə daha aktiv mərhələyə qədəm qoyacaq”.

Aysel Elnur

Paylaş:
Tam mətni oxu →