Tam versiya
Ana səhifə CƏMİYYƏT Dövlət Ekoloji Təhlükəsizlik Xidməti mühüm məlumat yaydı
CƏMİYYƏT

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti mühüm məlumat yaydı


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Ekologiya.az bildirir ki, araşdırma zamanı Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Mikayıl Müşfiq küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində və Quba rayonu Zərdabi qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 19 460 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Paylaş:
Tam mətni oxu →