Tam versiya
Ana səhifə CƏMİYYƏT Saleh Məmmədovun Almaniyada aldığı 24 hektar torpaq sahəsiində tikdirdiyi 47 mənzillə bağlı məlumatlar yayıldı
CƏMİYYƏT

Saleh Məmmədovun Almaniyada aldığı 24 hektar torpaq sahəsiində tikdirdiyi 47 mənzillə bağlı məlumatlar yayıldı


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədov Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırır.

Ekologiya.az  xəbər verir ki, bu iddia ilə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli çıxış edib.

O qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir:

“Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, bir qədər əvvəl S.Məmmədovun Almaniyada 24 hektar torpaq sahəsi aldığı iddia edilmişdi.(Globalinfo.az)

Paylaş:
Tam mətni oxu →