Tam versiya
Ana səhifə CƏMİYYƏT Bakıda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib
CƏMİYYƏT

Bakıda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib


Bakı şəhərinin Yasamal rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 m² sahədə, mebel 4 m² sahədə, 1 ədəd qapı və 4 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
Tam mətni oxu →