Tam versiya
Ana səhifə CƏMİYYƏT Lerikdə aramsız yağışlar Ağçay üzərindəki suötürücü boruları sıradan çıxarıb
CƏMİYYƏT

Lerikdə aramsız yağışlar Ağçay üzərindəki suötürücü boruları sıradan çıxarıb


İki gündür yağan leysan yağışlar nəticəsində Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.


Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağqışlaq və Şingədulan kəndləri ərazisində, Ağçay çayı üzərində beton konstruksiyalı və dəmir borularla salınan körpünün uçması nəticəsində həmin kəndlərin sakinlərinin Masallı rayonu ilə əlaqəsi tamamilə kəsilib. Yaranmış problemlərlə bağlı dərhal əraziyə baxış keçirilib.

Hazırda həmin istiqamətlərdə hərəkətin təmin olunması istiqamətində işlər aparılır.

Paylaş:
Tam mətni oxu →