Tam versiya
Ana səhifə CƏMİYYƏT Kəlbəcərdə çayda batan Şirvan sakinin cəsədi dalğıclar tərəfindən çıxarılıb
CƏMİYYƏT

Kəlbəcərdə çayda batan Şirvan sakinin cəsədi dalğıclar tərəfindən çıxarılıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə avtomobil qəzası nəticəsində bir nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsədi batdığı ehtimal olunan yerdən 200 metr aralıda çaydan dalğıclar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
Tam mətni oxu →