Ana səhifə›
CƏMİYYƏT
›
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
CƏMİYYƏT
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
Ekologiya
AMP
Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir.Xezerxeber.az-ın məlumatına görə, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var.Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:“Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, ciddi yanaşılmalı, uşaqlarda olan yüngül boğaz ağrısına da əhəmiyyət verilməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.