Tam versiya
Ana səhifə CƏMİYYƏT Rəcəb Tayyib Ərdoğan COP29-a dəvət edildi
CƏMİYYƏT

Rəcəb Tayyib Ərdoğan COP29-a dəvət edildi


Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Trend xəbər verir ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.





Paylaş:
Tam mətni oxu →