Quru sərhədlərinin açılması məsələsi yenidən gündəmdə- AÇIQLAMA
Ekologiya.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, xaricə gedən turistlərin ən böyük xərci nəqliyyatla bağlıdır. Belə ki, ölkənin xaricə gedən turistlərin xərclərinin 37 faizi və ya 16.57 mln. manatı nəqliyyat xərcləri təşkil edir. 2023-cü ilin ilk rübündə bu rəqəm 38 faiz idi. Azərbaycanlı turistlər ən çox xərci Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Səudiyyə Ərəbistanı və Qazaxıstana səfər etməklə çəkiblər.
Nəzərə alsaq ki, 2020-ci ildən etibarən pandemiya səbəbindən ölkəmizdə quru sərhədlər bağlanıb, o səbəbdən də bu rəqəmlərin real vəziyyətdən bir neçə dəfə yüksək olması danılmazdır. Yoxsa bu amilin qiymətlərə o dərəcədə də təsiri yoxdur? Ümumiyyətlə, nəqliyyat xərcləri nə qədər olmalıdır ki, optimal qiymətlər formalaşsın?
O dedi ki, istər yerli, istərsə də beynəlxalq turizmdə nəqliyyat xərcləri turizm xərclərinin əsasını təşkil edir: “Daxili turizmdə avtomobil nəqliyyatı üstünlük təşkil etsə də, beynəlxalq turizmdə, əsas da məsafələrin böyük olduğu yerdə hava nəqliyyatı üstünlüyə malikdir. Statistika onu göstərir ki, beynəlxalq səyahətlərdə hava nəqliyyatının payı 45 faiz üzərində göstəriciyə malikdir. Yaxın qonşular arası turizmlə əlaqədar isə dəmiryolu nəqliyyatı xüsusi çəkiyə malikdir. Ona görə də Azərbaycanda sərhədlərin bağlı olmasının turizmə təsirini müzakirə edərkən mütləq şəkildə gələn turistlərin və potensialların hansı ölkələrdə olmasını araşdırılmasına ehtiyac var. Sadəcə olaraq beynəlxalq səviyyədə turizmin qiymətləri 2023-cü ildə artıb”.
Paylaş:
Tam mətni oxu →