BDYPİ və DETX-nin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reyd keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirlir.
Belə ki, 15 may tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Siyəzən rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən Siyəzən şəhəri ərazisində, 16 may tarixində isə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Tovuz rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən Tovuz rayonu ərazisində "Təmiz hava aylığı" çərçivəsində reydlər keçirilib.