Tam versiya
Ana səhifə CƏMİYYƏT Azərbaycanda metroloji norma və qaydaların pozulması faktları üzrə sahələr açıqlanıb
CƏMİYYƏT

Azərbaycanda metroloji norma və qaydaların pozulması faktları üzrə sahələr açıqlanıb


Azərbaycanda ölçmə vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid 18 sahə müəyyən edilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev bu gün keçirilən Milli Metrologiya Forumunda deyib.

Onun sözlərinə görə, bu sahələr, xüsusilə insanların həyat və sağlamlığına, dövlətin iqtisadi maraqlarına təhlükə törədə bilən sahələrdir: "Bu sahələrdə ölçmələrə dair məcburi tələblər müəyyən edilir.

Həmin qeyd edilən 18 sahədən səhiyyə, baytarlıq, fitosanitar sahələrində dövlət nəzarətinin aparılması zamanı tətbiq edilən ölçmə vasitələrində metroloji norma və qaydaların pozulması faktları aşkar edilib".

Paylaş:
Tam mətni oxu →