Tam versiya
Ana səhifə CƏMİYYƏT Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıb
CƏMİYYƏT

Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıb


Azərbaycanda 2023-2024-cü illərdə ən çox dövlət metroloji nəzarət tədbirləri "Bakı Metropoliteni" QSC-də aparılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Bu qurumda yoxlanılan 6 713 cihaz və avadanlıqların hamısında nöqsan aşkar edilib.

Bundan başqa, "AzərEnerji" ASC-də aparılan 5 578 cihaz və avadanlıqların 3 911-də, "Azərbaycan Dəmir Yolları" ASC-də 3 618 yoxlanılan cihaz və avadanlıqların 3 481-də nöqsan aşkarlanıb.

Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yoxlanılan 639 cihaz və avadanlığın 250-də nöqsan aşkarlanıb.

Hesabat dövründə Kənd Təsərrüfatı Nazirliyində yoxlanılan 544 cihaz və avadanlığın hamısında, "Azərsu" ASC-də yoxlanılan 538 cihaz və avadanlığın 127-də, "Azərbaycan Hava Yolları" QSC-də yoxlanılan 375 cihaz və avadanlığın 231-də nöqsan aşkarlanıb.

Paylaş:
Tam mətni oxu →