Tam versiya
Ana səhifə CƏMİYYƏT Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcək - FOTO
CƏMİYYƏT

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcək - FOTO


Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. 


Ekologiya.az bildirir ki, Agentlik rəsmiləri Ulu Öndər Heydər Əliyevin Ankaradakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb. 


Səfər çərçivəsində Türkiyə Respublikası Mədən və Neft İşləri Baş İdarəsi ilə səmərəli əməkdaşlığın təşkili və perspektivlərin dəyərləndirilməsi istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, Ankara səfəri iki qurum arasında ötən il imzalanan Niyyət Protokolu əsasında baş tutub.

Paylaş:
Tam mətni oxu →