Ana səhifə›
CƏMİYYƏT
›
Prezidentin bu gün işdən çıxardığı icra başçısı meşə fondunun torpaqlarını belə satıb -SİYAHI
CƏMİYYƏT
Prezidentin bu gün işdən çıxardığı icra başçısı meşə fondunun torpaqlarını belə satıb -SİYAHI
Ekologiya
AMP
Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.Ekologiya.az xəbər verir ki, "Unikal" işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:- Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;- 6 nömrəli məktəbin yanında hotel;- Nəriman Nərimanov parkında restoran;- Bayraq meydanının yaxınlığında 2 hotel;- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.