Ana səhifə›
CƏMİYYƏT
›
Azərbaycanda bir gündə dörd nəfəri ildırım vurdu: Üçü öldü
CƏMİYYƏT
Azərbaycanda bir gündə dörd nəfəri ildırım vurdu: Üçü öldü
Ekologiya
AMP
Şəmkir rayonunun Zəyəm kəndində qadını ildırım vuraraq öldürüb."Report"un məlumatına görə, Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.***Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb."Report"un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.Kənddə çobanlıq edən 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayevi ildırım vurub.O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.***Gəncə sakinini ildırım vurub.APA-nın məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.2000-ci il təvəllüdlü Orxan Quliyevi həmin küçədə ildırım vurub.Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.***Tovuz rayonunda yeniyetmə faciəli şəkildə həlak olub.Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.Nəticədə yeniyetmə həyatını itirib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.