Tam versiya
Ana səhifə CƏMİYYƏT Telefonla danışarkən ildırım vurub, başı tamam yanıb: Ötən gün baş verən hadisənin DETALLARI - VİDEO
CƏMİYYƏT

Telefonla danışarkən ildırım vurub, başı tamam yanıb: Ötən gün baş verən hadisənin DETALLARI - VİDEO


Şəmkirdə 61 yaşlı kişinin ildırım vurması nəticəsində ölməsi hadisəsinin təfərrüatı məlum olub.

Hadisə nəticəsində dünyasını dəyişmiş Züriyyət Musayevin qardaşı Nüsrət Musayev APA TV-yə danışıb:

"Bizə zəng gəldi. Hadisə yerinə gedəndə gördük ki, qardaşımın baş nahiyəsinin üst hissəsi tam yanıb, qarın nahiyəsində isə yumru deşik əmələ gəlib. İldırım vurarkən qardaşım telefonla danışırmış".

Xatırladaq ki, hadisə Şəmkir rayonunun Yeni Həyat kəndində qeydə alınıb. 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayev kənddə çobanlıq edirmiş.

Daha ətraflı süjetdə:

Paylaş:
Tam mətni oxu →