Qanunsuz ağac kəsənlər cəzalandırılıb
Ekologiya.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şuşa şəhəri Qarabağ küçəsində "AQROMAN" MMC tərəfindən ağacların qanunsuz köçürüldüyü, Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində isə vətəndaş tərəfindən ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Paylaş:
Tam mətni oxu →