İcra başçısının qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Cəmilli kənd sakini Qasımov Vilayət İsgəndər oğlu müraciət edərək evinin yaxınlığından keçən “Qaramanlı” arxının daşaraq evinə və həyətyani sahəsinə ziyan vurduğunu bildirərək, su arxının təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.