Milli Hidrometeorologiya Xidmətində Aqrar Sığorta Fondunun əməkdaşları ilə görüş keçirilib
Milli Hidrometeorologiya Xidmətində Aqrar Sığorta Fondunun əməkdaşları ilə təşkil olunan görüş zamanı təhlükəli atmosfer hadisələrinin təsərrüfatlara vurduğu zərər və bu hadisələrin tənzimlənməsi məsələləri müzakirə olunub.
Ekologiya.az bildirir ki. görüşdə son illər qlobal iqlim dəyişikliklərinin getdikcə daha çox hiss edildiyi, təhlükəli hidrometeoroloji hadisələrin sayının artdığı bildirilib.