Muxtar Babayev Serbiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibi ilə görüşüb
Serbiya Respublikası Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibi ilə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub.
27-28 iyun tarixlərində Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Serbiya Respublikası Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibi xanım Sara Pavkov ilə görüşüb.