Sahil zolağı tullantılardan təmizlənib -FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu gün Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşlarının, Sabunçu rayon İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC, “Facility Management Group” şirkəti, “Qırmızı ürəklər” Fondu, “Nargis” jurnalı, “Coca Cola” şirkəti və “EcoHub” ekoloji platforması nümayəndələrinin, eləcə də ekokönüllülərin iştirakı ilə keçirilən təmizlik aksiyası zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.