“Təmiz ölkəm” aksiyası çərçivəsində iməciliklər keçirilib - FOTO
Ümumrespublika təmizlik aksiyaları çərçivəsində 29 sentyabr tarixində Pirallahı rayonunun Dübəndi qəsəbəsi və Lənkəran şəhərinin Xəzər dənizi sahillərində, Kür çayının Şirvan şəhərindən, Bərgüşad çayının Qubadlı şəhərindən, Yuxarı Qarabağ kanalının Beyləqan rayonu ərazisindən keçən hissələrində, Xudat rayonunun Xudat, Göygöl rayonunun Hacıkənd, Oğuz rayonunun Oğuz meşəbəyliklərində, Qəbələ və Kürdəmir rayonlarının ərazisində iməciliklər keçirilib.