Tam versiya
Ana səhifə CƏMİYYƏT Ceyranbatanda ətraf mühiti çirkləndirən sahibkar CƏZALANDIRILDI - FOTO
CƏMİYYƏT

Ceyranbatanda ətraf mühiti çirkləndirən sahibkar CƏZALANDIRILDI - FOTO


Abşeron Rayon Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti tədbir zamanı Ceyranbatan qəsəbəsində yerləşən mebel sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Abşeron rayonunda qeyd edilən faktların aşkar edilməsi istiqamətdə tədbirlər davam etdirilir.



Paylaş:
Tam mətni oxu →