AAF-nın təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib - FOTO
Dünən Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib. Ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub. Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib.
İlk dəfə keçirilən festivalın sponsoru “NEO Motors” şirkəti olub. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib. Festivalın tərəfdaşları qismində isə “Efendiler Group”, “Volt Group”, “Improtex Motors”, “Onvolt Group”, “Cahan Motors” və “Nurgün Motors” şirkətləri qoşulublar.