CƏMİYYƏT
Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib - FOTO
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib.
Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair müzakirələr aparılıb, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrənilib.