Xəzər niyə insanları “udur”? – Dənizdəki görünməz təhlükə bu imiş...
"Seysmoloq olaraq müşahidə etmişəm ki, son illər 2023-cü ildən etibarən Xəzər dənizində zəlzələnin baş verməsi kəskinləşib və aktiv şəkildə özünü büruzə verir. 2024-cü ilin sonuna qədər belə davam edəcək. Ümumiyyətlə isə, Xəzər dənizi çox mürəkkəb tektonikliyə malikdir. Burada bir neçə qırılmalar, tektonik pozuntular, qırışıqlar, xırda miqyaslı tektonik hərəkətlər mövcuddur. Təbii ki, zəlzələlərin tez-tez baş verməri Xəzərin dibinə də öz təsirini göstərir. Son zamanlar dənizin suyunda enmə müşahidə olunur. Enməyə səbəb kimi bir neçə versiya göstərilir ki, parlama, iqlim dəyişikliyi və s. proseslərlə əlaqələndirilir".