Tam versiya
Ana səhifə CƏMİYYƏT “Elektron tullantılar: Gələcək sizin köhnə cihazlarınıza ehtiyac duymur” - FOTO
CƏMİYYƏT

“Elektron tullantılar: Gələcək sizin köhnə cihazlarınıza ehtiyac duymur” - FOTO


 Müasir dövrün ən aktual problemlərindən biri də ətraf mühitin mühafizəsinin təmin olunmasıdır. Ətraf mühitin qorunması üçün ilkin olaraq onu tullantılardan xilas etmək lazımdır. Tullantıların bu qədər artdığı bir zamanda xüsusi diqqəti elektron tullantılara da yönəldmək məqsədə uyğundur. 

Elektron tullantılar (e-tullantılar – qısaca, ET) tullantıların bir növüdür və yaratdığı təhlükəyə görə III qrupa (təhlükəli) aid edilir. Beynəlxalq Standartlaşdırma İttifaqının təsnifatına görə ET (ingilis dilli ədəbiyyatda – e-waste) qrupuna elektron cihaz, qurğu və avadanlıqlar, o cümlədən kompüter avadanlıqları ilə bərabər elektrotexniki (elektrik) avadanlıqları da daxildir və qısaca olaraq WEEE (Waste Electrical and Electronic Equipment) kimi işarələnir Elektron tullantılara aid xüsusi ekoloji qanunvericilik bazasının və dövlət siyasətlərinin olmaması elektron tullantıların səmərəsiz idarə olunmasına böyük töhfə verən başqa bir problemdir. Müxtəlif texnoloji rəqəmsal qurğuları olan, yüksək keyfiyyətli məhsullar istehsal edən müasir neft-qaz və digər emal sənaye müəssisələrinin ətraf mühitə etdikləri neqativ təsirlərin və atdığı tullantıların, o cümlədən İKT ilə əlaqəli elektron tullantıların azaldılması üçün aparılan araşdırmalar və tədqiqat işləri mövzunun aktuallığını bir daha təsdiq edir. İnsanların istənilən sahədə həyat fəaliyyəti prosesində maddi nemətlər və xidmətlərlə yanaşı tullantılar da yaranır. 

Tullantılar bir tərəfdən insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan (alternativ) material-xammal və istilik-energetik resursları (təkrar material resursları) mənbəyidir. Müasir dövrdə ölkədə formalaşmaqda olan ekoloji iqtisadiyyatın əsas hədəfi ətraf mühitin mühafizəsinin səmərəli yolu olan təkrar emal üsullarından istifadə etməklə tullantısız texnologiyaya nail olmaqdır. Tullantısız və az tullantılı texnologiyaya keçid müəssisələrdə yaranan tullantı haqqında hərtərəfli məlumatın olmasını tələb edir. Tullantılar problemlərinin həll edilməsi hər bir ölkə qarşısında duran aktual, əhəmiyyətli problemlərdən biridir. 

Bu problemlərin həlli hər bir ölkənin ekoloji, iqtisadi, texnoloji, sosial, mədəni və s. milli xüsusiyyətlərindən asılı olaraq ET-nin (elektron tullantı) effektiv idarəetmə sisteminin (ETİS) yaradılması yolu ilə həll edilir. Bu sistem mürəkkəb və çoxsahəli olub ET-nin yaranma anından başlayaraq ləğv edilməsinədək bütün texnoloji prosesləri (selektiv yığım, toplama, saxlama-anbarlama, təkrar istifadə, ilkin və təkrar emal, təkrar tullantıların utilizasiyası, ləğvetmə, nəql və s.) əhatə edən emal sahələrinin – infrastrukturun, xüsusi qanunvericilik bazasının, maliyyələşdirmə sisteminin, iqtisadi idarəetmə mexanizmlərinin, informasiya təminatı sisteminin və s. tərkiblərin yaradılmasını nəzərdə tutur. 

Hal-hazırda müəssisələrdə səlahiyyətli orqanların icazəsi olmadan anbarlarda saxlanılan köhnəlmiş, təmirə yararsız elektron avadanlıqlarla bağlı hər hansı tədbir görməyə icazə yoxdur. Müəssisənin şöbələri və idarələri ümumi xidmət şöbələrinə aydın spesifikasiyaları olan zəruri elektron avadanlıqları sifariş edir. Yeni alınan texnika gələndə köhnə avadanlıqları istifadəyə yararlı olsa belə atırlar. 

Bu o deməkdir ki, hələ də düzgün işləyən bir çox elektron qurğular anbara atılmalı olan elektron tullantılar kimi təsnif edilir. Yaxın gələcəkdə effektiv elektron tullantıların idarə edilməsi sisteminin layihələndirilməsində universitetin əsas vəzifələri sırasında, ilk növbədə, elektron tullantıların idarə edilməsini müstəqil bölmə kimi birləşdirən təşkilati strukturların yaradılmasıdır. Bir sözlə “Daha az tullantı, daha çox gələcək: elektron cihazları təkrar emal edin”. // Məleykə Paşayeva




Paylaş:
Tam mətni oxu →