Tam versiya
Ana səhifə CƏMİYYƏT Geoparklar barədə məlumatlandırma məqsədilə tədbir təşkil olunub - FOTO
CƏMİYYƏT

Geoparklar barədə məlumatlandırma məqsədilə tədbir təşkil olunub - FOTO


“Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun Dəlyəniz Palçıq vulkanı yaxınlığında “Geopark konsepsiyası vasitəsilə davamlı və dayanıqlı inkişafa nail olmaq” mövzusunda maarifləndirci tədbir keçirilib.

Dövlət və özəl qurumların  nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə keçirilən tədbirin əsas məqsəd mümkün ekosistem xidmətlərinin bir qisminin nümayiş etdirilməsidir.


Tədbirdə qeyd edilib ki, Azərbaycan ərazisində yaradılması nəzərdə tutulan geoparka daxil ediləcək vulkanlardan biri olan Dəlyəniz palçıq vulkanı həm maraqlı ekoturizm obyekti, həm də qışlaq turizmi, aqroturizm, müalicəvi turizmi təşkil etmək kimi imkanlara malik ərazidir. 
Eyni zamanda hazırda aktiv şəkildə palçıq vulkanlarının YUNESKO-nun siyahısına salınması istiqamətində işlər görüldüyü də vurğulanıb.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →