ETSN-nın yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu tarixdə qəbul keçirəcək - ELAN
Ekologiya.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 26 iyul 2024-cü il tarixində Şirvan şəhərində saat 10:00-da (ünvan: Şirvan şəhəri İsmət Qayıbov küçəsi 16, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binası) Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.
Qəbula yazılmaq üçün əlaqə telefonları:
012 585 45 43
050 212 98 58
050 892 18 81