CƏMİYYƏT
İctimai dinləmə keçiriləcək
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 26 iyul 2024-cü il, saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün tədbir iştirakçılarının fikirləri öyrəniləcək.