CƏMİYYƏT
Könüllülər üçün "Go Camp" layihəsi keçirilir - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər üçün "Go Camp" piknik layihəsi keçirilir.
Layihə çərçivəsində könüllülər bugünədək Hirkan, Altıağac, Samur-Yalam milli parkları və Şahdağ Milli Parkının Quba bölməsinə səfər edib, milli parkların təbiəti ilə yaxından tanış olub, flora və faunası haqqında məlumatlanıblar. Eyni zamanda gənclər təbiət əraziləri ətrafında təmizlik aksiyaları keçirərək təbiətə öz töhfələrini verib, müxtəlif oyun növləri və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər.