Tam versiya
Ana səhifə CƏMİYYƏT DETX-nin əməkdaşları HƏTƏKƏTƏ KEÇDİ: Onlarla yük avtomobilləri ilə yüklü müqdarda qanunsuz süxur daşıyanlar SAXLANILDI
CƏMİYYƏT

DETX-nin əməkdaşları HƏTƏKƏTƏ KEÇDİ: Onlarla yük avtomobilləri ilə yüklü müqdarda qanunsuz süxur daşıyanlar SAXLANILDI


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər rayonu Buzovna və Türkan qəsəbələri ərazisindən dövlət qeydiyyat nişanları 99-TZ-659, 99-HX-511, 90-ZS-213, 99-HM-248 olan “SHACMAN” markalı, Zirə və Türkan qəsəbələri arasındakı boş torpaq sahəsindən isə dövlət qeydiyyat nişanları 90-SO-883, 99-KO-213, 99-LK-345, 99-XH-661, 90-OB-278, 99-DA-843, 10-VA-712, 37-BC-595, 99-SE-473, 99-RE-997, 99-LK-345, 99-HM-248, 37-BC-960, 99-FK-908, 99-HT-403, 99-RV-640, 90-SP-466, 99-HX-511, 90-RM-383, 99-MC-611, 99-EH-053 olan “SHACMAN” və “HOWO” markalı yük avtomobilləri vasitəsilə ümumilikdə 432 m3 həcmində süxurun qanunsuz daşınması faktları aşkar edilib. 
Ekologiya.az xəbər verir ki, araşdırma müddətində yük avtomobillərinin sürücüləri özlərinə və nəqliyyat vasitələrinə dair sənədləri təqdim etməkdən imtina ediblər. Faktlarla bağlı akt tərtib olunub.
Sürücülərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib. Sürücülərin şəxsiyyəti müəyyənləşdirildikdən sonra barələrində qanunamüvafiq tədbir görüləcək.
Ekologiya.az
Paylaş:
Tam mətni oxu →