Ana səhifə›
CƏMİYYƏT
›
Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər
CƏMİYYƏT
Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər
Ekologiya
AMP
Bakıda Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilibEkologiya və Təbii Sərvətlər Nazirliyindən Ekologiya.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.