Tam versiya
Ana səhifə CƏMİYYƏT FHN - dən XƏBƏRDARLIQ: Küləkli hava şəraitində dənizə girmək təhlükəlidir
CƏMİYYƏT

FHN - dən XƏBƏRDARLIQ: Küləkli hava şəraitində dənizə girmək təhlükəlidir


Küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.


Bu barədə nazirlikdən Ekologiya.az-a məlumat verilib.


Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.


Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Paylaş:
Tam mətni oxu →