CƏMİYYƏT
Dənizkənarı Milli Parkda “12 avqust - Xəzər günü”nə həsr olunmuş tədbir keçiriləcək - saat 17:00-da
Xəzər Gününün əhəmiyyətinə diqqət çəkmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Milli Parkda maraqlı və əyləncəli tədbir təşkil olunacaq.
Tədbir zamanı Xəzərsahili əraziləri əhatə edən milli parkların stendləri sərgilənəcək, interaktiv zona yaradılacaq, iştirakçılar arasında ekoviktorina təşkil ediləcək, həvəskar rəssamlar və könüllülər Xəzər dənizini əks etdirən rəsmlər çəkəcək, müxtəlif yaş qrupundan olan uşaqlar və gənclər üçün interaktiv oyunlar keçiriləcək.