CƏMİYYƏT
Azərbaycanda Xəzər günü maraqlı və interaktiv tədbirlərlə qeyd olundu
Xəzər Gününün əhəmiyyətinə diqqət çəkmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin, COP29 Məlumat Mərkəzinin, “Ekosfera" sosial-ekoloji mərkəzin dəstəyi ilə Dənizkənarı Milli Parkda maraqlı və interaktiv tədbir təşkil olunub.
Tədbir zamanı ölkə ərazisindəki milli parkların stendləri sərgilənib, Xəzər sahillərində keçirilən təmizlik aksiyaları ilə bağlı təşviqedici videoçarxlar nümayiş olunub, interaktiv zona yaradılaraq müxtəlif yaş qrupundan olan uşaqlar və gənclər üçün oyunlar keçirilib, “Dəniz həyatı” adlı immersiv şou və iştirakçılar arasında ekoviktorina təşkil edilib.