Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bu ərazilərdə tullantıların qalaqlanması faktları aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 15 ünvanında "Beliy Lebed" MMC tərəfindən inşa edilmiş yaşayış binasına məxsus torpaq sahəsində, Sumqayıt şəhəri 46-cı məhəllədə yerləşən “Mal bazarı”nın ətrafında və Xaçmaz rayonu Nabran kəndində fəaliyyət göstərən "El Faro" istirahət mərkəzinə aid ərazidə, Qubadlı rayonu İşıqlı kəndində fəaliyyət göstərən “TETEKA Transport” ASC-yə məxsus düşərgədə, Astara rayonu Sığaluni kəndində və Gəncə şəhəri Hacıkənd qəsəbəsində tullantıların qalaqlanması faktları aşkar edilib.
Faktlarla bağlı “Beliy Lebed" MMC-nin məsul şəxsi Qəzənfər Allahverdiyev, “Mal bazarı”nın direktoru Vasif Hünbətov, "El Faro" istirahət mərkəzinin iş inzibatçısı Fəqan Xələfov, “TETEKA Transport” ASC-nin məsul şəxsi Elcan Zülfüqarov, Astara rayon sakinləri Adil və Habil Cabbarovlar barəsində və Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.