Ana səhifə›
CƏMİYYƏT
›
Bakıda evdə PARTLAYIŞ: yaralanan var - VİDEO
CƏMİYYƏT
Bakıda evdə PARTLAYIŞ: yaralanan var - VİDEO
Ekologiya
AMP
Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb.Bu barədə Ekologiya.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib."Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb", - məlumatda qeyd olunub.