Tam versiya
Ana səhifə CƏMİYYƏT Şabranda ətraf mühitin təmizlənməsi istiqamətində tədbir keçirilib
CƏMİYYƏT

Şabranda ətraf mühitin təmizlənməsi istiqamətində tədbir keçirilib


 Şabran rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ekologiya.az verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması  zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Həmin ərazilər təmizlənib, zibil qutuları yuyularaq dezinfeksiya edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
Tam mətni oxu →