Tam versiya
Ana səhifə CƏMİYYƏT Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında dəyişiklik edildi
CƏMİYYƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında dəyişiklik edildi


“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabineti qərar verib.


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1113 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “(on üç)” sözləri çıxarılsın.

2. “Kollegiyanın üzvləri:” bölməsi üzrə:

2.1. birinci abzasa “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilsin;

2.2. on birinci abzas ləğv edilsin.

 


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 sentyabr 2024-cü il

№ 429

Paylaş:
Tam mətni oxu →