Maarifləndirmə və hüquq mahfizə tədbirləri layihəsi çərçivəsində bu gün ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) layihəsi çərçivəsində bu gün ağacəkmə aksiyası keçirilib.
Sözügedən qurumların rəsmilərinin və əməkdaşlarının, o cümlədən Bakı Dövlət Universitetinin tələbələrinin iştirakı ilə keçirilən tədbir zamanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi boyunca Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.