Abşeron Milli Parkında “Xəzər festivalı” adlı əyləncəli və maarifləndirici tədbir keçirilib - FOTO
“Ümumdünya Dəniz Günü” ilə əlaqədar hər il sentyabr ayının sonuncu həftəsi ölkəmizdə qeyd olunan "Xəzər həftəsi" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının, “Ekosfera” sosial-ekoloji mərkəzin, “ASAN Könüllüləri” təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Qızıl fırça” Bakıxanov sənət mərkəzinin, "McDonald's Azerbaijan"ın, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Abşeron Milli Parkında “Xəzər festivalı” adlı əyləncəli və maarifləndirici tədbir keçirilib.
Açıq havada Xəzərin sahilində keçirilən festivalda nazirliyin rəsmiləri, diplomatik korpus nümayəndələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, mütəxəssislər, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin şagirdləri, ekokönüllülər, eləcə də milli parka gələn turistlər iştirak edib.