CƏMİYYƏT
Şagirdlər “Yaşıl həyat tərzi və Azərbaycanın yaşıl dünya vizyonu” mövzusunda tədqiqat layihələrini təqdim ediblər - FOTO
132-134 nömrəli Təhsil Kompleksində IX sinif şagirdləri “Yaşıl həyat tərzi və Azərbaycanın yaşıl dünya vizyonu” mövzusunda tədqiqat layihəsini təqdim edib.
Ekologiya.az bildirir ki, layihə çərçivəsində məktəblilər komandalara bölünərək “Yaşıl kvadrat” prinsipi, tullantılar üçün “ikinci həyat”, yaşıl həyat tərzi, insanın bioloji aləmə təsiri, qlobal ekoloji problemləri yaradan faktorlar və onlarla mübarizə yolları, COP29 mövzuları üzrə araşdırmalar aparıb.